Bank Of Baku

Balakənin iki kəndinə qaz xəttinin çəkilişinə başlanılıb

Balakənin iki kəndinə qaz xəttinin çəkilişinə başlanılıb
# 06 sentyabr 2008 09:15 (UTC +04:00)
Balakən. Hafiz Heydərov-APA. Balakən rayonunun iki böyük təsərrüfatı olan kəndinə təbii qaz xəttinin çəkilişinə başlanılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Mehparə Nuriyeva məlumat verib. Onun sözlərinə görə, rayon mərkəzinə bitişik 5 kəndin qazlaşdırılmasına dair təkliflər planı təsdiqləndikdən sonra dərhal əməli fəaliyyətə başlanılıb. Artıq şəhərə bitişik Gərəkli və Qullar kəndlərinə təbii qazın çəkilişinə başlanılıb və 100-dən çox təsərrüfat mavi yanacaqla təmin edilib. Qısa müddət ərzində hər iki kənddə 4000-ə yaxın təsərrüfatın mavi yanacaqla təmin ediləcəyini vurğulayan M. Nuriyeva yaxın gələcəkdə Tülü, Hənifə və Mohamalar kəndlərinin də qazlaşdırılacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR