Bank Of Baku

Bu gün Azərbaycanın daha dörd rayonunda əmək yarmarkası keçirilib

Bu gün Azərbaycanın daha dörd rayonunda əmək yarmarkası keçirilib
# 10 sentyabr 2008 14:41 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi bu gün Bərdə, Biləsuvar, Naftalan və Samux rayonlarında əmək yarmarkası keçirib.
İdarədən «APA-Economics»ə verilən məlumata görə, Biləsuvarda keçirilən yarmarkada 27 müəssisə 298 vakant iş yeri təqdim edib. Yarmarkada 127 işaxtaran münasib işlərə göndəriş alıb.
Samuxda keçirilən yarmarkada 63 müəssisə 255 vakant iş yeri təqdim edib. Yarmarkada 85 işaxtaran münasib işlərə göndəriş alıb.
Naftalanda keçirilən yarmarkada 16 müəssisə 91 vakant iş yeri təqdim edib. Nəticədə, 40 işaxtaran münasib işlərə göndəriş alıb, 15 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Bərdə rayonunda keçirilən yarmarkada isə 36 müəssisə tərəfindən 210 vakant iş yeri təqdim olunub, 91 işaxtaran münasib işlərə göndəriş alıb, 9 nəfər isə ictimai işlərə cəlb edilib.
Ümumilikdə, bu il əvvəlindən respublikanın 42 şəhər və rayonunda 43 yarmarka keçirilib. Bu yarmarkalarda 1 524 müəssisə 14 083 boş iş yeri təqdim edib. Yarmarkalarda 4 095 nəfər münasib işlərə göndəriş alıb, 356 nəfər peşə hazırlığı, 251 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Qeyd edək ki, növbəti yarmarkalar sentyabrın 11-də Ağdam, Goranboy, Lerik, 12-də isə Beyləqan, Zərdab və Yevlax rayonlarında təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR