Bank Of Baku

Hüseynqulu Bağırov: «Yaxın günlərdə Azərbaycana Koreyadan ilk modul tipli sutəmizləyici qurğular gətiriləcək»

Hüseynqulu Bağırov: «Yaxın günlərdə Azərbaycana Koreyadan ilk modul tipli sutəmizləyici qurğular gətiriləcək»
# 10 sentyabr 2008 15:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu həftənin sonuna kimi Cənubi Koreyadan 50 ədəd modul tipli sutəmizləyici qurğularının ilk partiyasını gətirəcək. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.
H.Bağırovun sözlərinə görə, bu, tam müasir və yeni texnologiyalara cavab verən modul tipli su təmizləyiciləridir: «Artıq 2007-ci ildə 50 kənddə modul tipli sutəmizləyici qurğu quraşdırılıb. Cari ilin əvvəlindən indiyədək isə üç kənddə analoji qurğular istifadəyə verilib. Daha iki kənddə qurğuların quraşdırılması başa çatmaq üzrədir».
Nazirin sözlərinə görə, işlərin artıq 80%-i yerinə yetirilib: «Ümid edirik ki, yaxın bir ay ərzində modul tipli sutəmizləyici qurğuların quraşdırılmasının ikinci mərhələsi başa çatacaq. Üçüncü mərhələyə hazırlıq işləri gedir və bununla bağlı ölkə başçısının müvafiq tapşırığı var. Bu tapşırığın yerinə yetirilməsi ilə Azərbaycanda artıq 750 min nəfər təmiz su ilə təmin olunacaq».
Xatırladaq ki, bu qurğular Azərbaycan prezidentinin 2007-ci ilin iyunun 20-də təsdiqlədiyi «Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında» sərəncamı əsasında quraşdırılır. Ötən il Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının içməli sudan əziyyət çəkən 50 yaşayış məntəqəsində analoji qurğular istifadəyə verilib. Bunun hesabına 55 mindən çox əhali təmiz içməli su ilə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR