Bank Of Baku

Azərbaycanda şahinlərin sayı sürətlə artır

Azərbaycanda şahinlərin sayı sürətlə artır
# 10 sentyabr 2008 16:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA. Azərbaycanda şahinkimilərin (quş) sayı son vaxtlar sürətlə artır. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə verdiyi açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.
H.Bağırovun sözlərinə görə, dünyada bioloji müxtəlifliyin tükənməsi prosesi müşahidə olunur: «Hər gün demək olar ki, bir neçə növ yox olur».
Nazirin sözlərinə görə, Azərbaycanda da əvvəllər şahinkimilərin sayında azalma gedib. Lakin son illərdə kənd təsərrüfatında kimyəvi maddələrdən az istifadə olunması və taxıl zəmilərinin çoxalması bu quşların sayının kəskin artmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR