Bank Of Baku

Qazaxda müəllimlərin konfransı keçirilib

Qazaxda müəllimlərin konfransı keçirilib
# 11 sentyabr 2008 07:51 (UTC +04:00)
Qazax. Nəzakət Məşədiəliqızı –APA. Qazax rayonunda 2008-2009 –cu tədris ilinə hazırlıq üçün müəllimlərin konfransı keçirilib. Qazax rayon Təhsil Şöbəsinin müdiri Mahir Quliyevin APA –nın qərb bürosuna verdiyi məlumata görə, tədbirdə rayonun Canallı və Quşçu Ayrım kənd orta məktəblərindən son 2 ildə ali təhsil ocaqlarına şagird daxil olmadığı bildirilib. Qeyd olunub ki, bu il həmçinin Hökməzli və Qazaxbəyli məktəblərindən də ali məktəblərə daxil olan olmayıb: “Konfransda həmin məktəblərin direktorlarına ciddi tapşırıqlar verilib. Ali təhsil ocaqlarına şagird qəbulunun göstəricisi aşağıdırsa, ümumiyyətlə, yoxdursa, deməli, həmin məktəblərdə təhsil prosesi zəif aparılır. Qarşıdakı şura iclasında Canallı kənd orta məktəbinin direktoru Ulduzə Məmmədova və Quşçu Ayrım kənd orta məktəbinin direktoru Yetər Mustafayeva tutduqları vəzifələrdən azad ediləcəklər”.
Qeyd edək ki, bu il Qazaxda 740 abituriyentdən 296 nəfər tələbə adını qazanıb. 1 nəfər Amerikanın «BOSTON» Univrstetinə, 2 nəfər isə Türkiyə universitetlərinə qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR