Bank Of Baku

Təhsil nazirinin müavini: ”Məktəblərdə vahid məktəbli forması məcburi tətbiq olunaq”

Təhsil nazirinin müavini: ”Məktəblərdə vahid məktəbli forması məcburi tətbiq olunaq”
# 11 sentyabr 2008 07:58 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev -APA. “2008-2009-cu tədris ilindən başlayaraq ölkənin bütün ümumtəhsil müəssisələrində vahid məktəbli forması məcburi tətbiq olunacaq”. APA-nın Cənub bürosunun məlumatına görə, bunu yeni dərs ilinə hazırlıqla əlaqədar Lənkəranda təhsil işçilərinin konfransında iştirak edən təhsil nazirinin müavini Elmar Qasımov bildirib. Onun sözlərinə görə, hazırda bütün məktəblərdə bununla əlaqədar valideyn və şagirdlərlə izahat işləri aparılır. Nazir müavini bildirib ki, məktəbli formaları valideynlərin vəsaiti hesabına alınmalıdır.
E. Qasımov həmçinin vahid məktəbli formasının tətbiqi işinə nəzarətin Təhsil Nazirliyinin nümayəndələri, məktəb direktorları və müəllimlər tərəfindən aparılacağını diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR