Bank Of Baku

Azərbaycan qanunsuz ov edən Suriya vətəndaşını deportasiya edib

Azərbaycan qanunsuz ov edən Suriya vətəndaşını deportasiya edib
# 11 sentyabr 2008 10:34 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Dövlət Sərhəd Xidməti respublika ərazisində qanunsuz ov edən Suriya vətəndaşı Alissa İssa Almohamedin avqustun 18-dən 19-na keçən gecə ölkəyə gəlməsinin qarşısını alaraq deportasiya edib. Bu barədə «APA-Economics»ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, 2006-cı ilin oktyabrın 10-11-də Neftçala rayonu Qağalı kəndinin ərazisində qanunsuz ova gəlmiş Suriya vətəndaşları Xaled Al Ali Xalili, Aref Kanonç Abduləzizi və milliyətcə ərəb olan Azərbaycan vətəndaşı Abualys Vail Muxiddini, Qızılağac Dövlət Qoruğu ilə həmsərhəd ərazidə isə Suriya vətəndaşları Ovaid Alfavaz Faraji və Alissa İssa Almohamedin qanunsuz ov etdikləri aşkarlanıb və buna görə də onlar saxlanılıb. Onlara məxsus «Niva» markalı avtomaşınlara baxış zamanı şahin quşunun ovlanması üçün istifadə olunan cələ və canlı göyərçinlər aşkarlanıb. Bununla əlaqədar qanuna müvafiq tədbirlərin görülməsi üçün ETSN Dövlət Sərhəd Xidmətinə məktub göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR