Bank Of Baku

Azərbaycanla Belarus arasında pensiya təminatı sahəsində saziş layihəsi üzrə danışıqların növbəti raundu gələn həftə Bakıda keçiriləcək

Azərbaycanla Belarus arasında pensiya təminatı sahəsində saziş layihəsi üzrə danışıqların növbəti raundu gələn həftə Bakıda keçiriləcək
# 11 sentyabr 2008 11:17 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu ilin sentyabr ayının 15-18-də Belarusun dövlət sosial sığorta və pensiya orqanının mütəxəssislərindən ibarət ekspert qrupunun Azərbaycana səfəri gözlənilir.
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, səfərin məqsədi Belarus və Azərbaycan hökumətləri arasında pensiya təminatı sahəsində saziş layihəsinin hazırlanması üzrə ekspertlərin görüşünü təşkil etməkdir.
Belarus nümayəndə heyətinin Azərbaycana ilk səfəri 2007-ci ilin mart ayında baş tutub. Ekspertlərin ikinci görüşünün məqsədi əvvəlki danışıqlarda yaranmış fikir ayrılıqlarını aradan qaldırmaq və sazişi hazırlayıb başa çatdırmaqdır.
Qeyd edək ki, tərəflər arasında pensiya təminatı sahəsində qarşılıqlı əlaqələri tənzimləyən saziş layihəsi artıq hazırdır. Ötən görüşdə daimi yaşamaq üçün bu və ya digər ölkənin ərazisinə köçmüş şəxslərə pensiyaların təyin edilməsi, ödənilməsi və digər məsələlər müzakirə olunub. Danışıqlar zamanı tərəflər layihəyə mərhələli şəkildə baxılmasına dair qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR