Bank Of Baku

Azərbaycan prezidenti 700 bal toplamış tələbəyə mənzil hədiyyə edib

Azərbaycan prezidenti 700 bal toplamış tələbəyə mənzil hədiyyə edib
# 11 sentyabr 2008 11:35 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA. Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyevin bu gün ali məktəblərə qəbul zamanı yüksək bal toplamış sumqayıtlı tələbələrlə görüşüb. Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

İcra başçısı 700 balla Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olmuş, prezident təqaüdçüsü Elvin Dadaşova dövlət başçısının şəxsi hədiyyəsini təqdim edib. V. Əliyev hazırda yataqxanada məskunlaşmış E. Dadaşovun ailəsinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə onlara dövlət başçısı tərəfindən Sumqayıt şəhərinin mərkəzində yeni inşa edilmiş yaşayış binasında ikiotaqlı mənzil hədiyyə edildiyini bildirib və mənzilin açarını ona təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR