İnsan orqanizmi üçün təhlükəli olan 1440 litr bitki yağı satışdan çıxarılaraq məhv edilib
Müvafiq qurumlar tərəfindən İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə məlumatlar daxil olandan sonra bazara nəzarət gücləndirilib.
Tərkibində insan orqanizmi üçün təhlükəli maddələr tapılmış 1440 litrlik Ukrayna istehsalı olan bitki yağı satışdan çıxarılaraq məhv edilib. Nazirlikdən onu da deyiblər ki, hazırda bazarda monitorinqlər davam etdirilir, lakin hələlik başqa belə faktla qarşılaşmayıblar.
Qeyd edək ki, ötən ay İspaniyada Avropa Birliyinin (AB) ekspertləri tərəfindən aparılan yoxlamalar zamanı tərkibində zərərli qarışıqlar, xüsusilə də neft və kimyəvi maddələr olan Ukrayna və Rusiya yağları aşkarlanıb. Bundan sonra aparılan araşdırmalar zamanı həmin məhsulların AB-yə üzv digər ölkələrdə satıldığı da ortaya çıxıb. Fransa, İtaliya və digər ölkələr Ukrayna istehsalı olan bitki yağlarının idxalına qadağa qoyub.
Ötən ay bu təhlükə barədə Azərbaycan hökuməti də AB tərəfindən məlumatlandırılıb. Bunu «APA-Economics»ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyindən deyiblər. Agentlikdən aparılan yoxlamalarda belə faktlar aşkarlanmadığı da söylənilib.
Buna baxmayaraq, Azərbaycanın sərhəd-keçid məntəqələrindəki qida tərkiblərini müəyyənləşdirən laboratoriyalarda Ukraynadan gətirilən bitki yağlarının tərkibi ilə bağlı geniş analizlər aparılır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə «APA-Economics»ə açıqlamasında Ukraynadan Azərbaycana tərkibində insan orqanizmi üçün zərərli maddələr olan bitki yağlarının gətirilməsini mümkün sayıb: «Bu gün Azərbaycanla Ukrayna arasında ticarət əlaqələri artan xətt üzrə inkişaf edir. Bu ölkə dünyanın ən böyük bitki yağı ixracatçılarındandır. Ukrayna yağları Azərbaycan bazarında da yer alıb».
E.Hüseynovun sözlərinə görə, qida laboratoriyalarının və ekspertiza mərkəzlərinin fəaliyyəti qaneedici sayılmadığından bazara tərkibində insan orqanizmi üçün təhlükəli maddələr olan yağların və digər qida məhsullarının çıxarılması mümkündür: «Bunu istər Ukrayna, İstər Rusiya, istərsə də digər dövlətlərdən gətirilən məhsullara aid etmək olar. Biz də öz növbəmizdə bununla bağlı geniş araşdırmalara başlamaq niyyətindəyik».
Sosial
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
170 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
İsrail şimal bölgəsinə edilən dron hücumlarına cavab verdiyini açıqlayıb
Nyu-Yorkda çempionluq sevinci faciə ilə nəticələnib, Tayms meydanında yeniyetmə güllələnib - FOTOLENT
Xəbər Lenti
Yağıntı və dumanla əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
Bakıda narkokuryerdə 9 kq narkotik aşkarlanıb-VİDEO
Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, 8 nəfər xəsarət alıb
Tovuzda kanalda meyit tapılıb - YENİLƏNİB
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
Zaqatalada maşın aşıb, ölən var
Ralf Horlemann: Avropa İttifaqının Azərbaycana olan marağı son illərdə daha da artıb
Ağdamda kişi tanışını güllələyib
Bəqai: Cenevrə görüşündən əvvəl region ölkələrinə səfər ediləcək
Səfir: Almaniya ilə Azərbaycan arasında ticarət balansı bərabərdir
Vuçiç ilk dəfə Gürcüstana səfər edib
Almaniya səfiri: Ən mühüm regional inkişaf Azərbaycanla Ermənistan arasında sülh prosesidir
Rusiyada seçkilər zamanı internet söndürüləcək
Aİ Rusiyanın Baş prokuroruna sanksiya tətbiq edib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon buğda göndərilib - YENİLƏNİB
Bakıda maşından 2 telefon oğurlanıb
Sumqayıtda oğurluq edən şəxs saxlanılıb
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
Gürcüstan ABŞ-İran razılaşmasını alqışlayıb
170 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Numan Kurtulmuş Azərbaycanı təbrik edib
Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
Baş nazir Əli Əsədov Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyevin məzarını ziyarət edib
İran və ABŞ arasında memorandumun Hörmüz boğazı ilə bağlı mətninin yeni detalları açıqlanıb
İbrahim Kalın: ABŞ və İran arasında danışıqların nəticəsini təmkinlə gözləyirik
Moskvada Azərbaycan şərablarının təqdimatı keçirilib - FOTO
Efiopiyada avtobus qəzasında 28 nəfər ölüb
Sabahın hava proqnozu açıqlanıb
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
FHN: Ötən həftə 494 yanğına çıxış olub, 46 nəfər xilas edilib - VİDEO
Rusiya MN Kiyev Peçersk Lavra Kompleksini vurması barədə məlumatı təkzib edib: Kompleksə "Patriot" raketi düşüb
Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub - YENİLƏNİB
Əmtəə bazarlarında qızılın qiyməti 4300 dolları ötüb
KİV: ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livanda hərbi əməliyyatları davam etdirəcək
Azərbaycan nümayəndə heyəti İqlim Danışıqları üzrə Bonn sessiyasında iştirak edib
Dələduzluğa görə axtarışda olan 8 nəfər tutulub
Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
Sumqayıtda evdə yanğın olub - VİDEO
Milli Qurtuluşdan Zəfərə: Heydər Əliyev siyasətinin təntənəsi olan müasir Azərbaycan - TƏHLİL
Füzulidə avtomobil piyadanı vuraraq öldürüb
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Prezident: Azərbaycan regionda davamlı sülhün yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir
Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
“Bitcoin"in qiyməti 66 min dollara yaxınlaşıb
Tramp: Nüvə sazişi baş tutmasa, İrana zərbələr bərpa olunacaq