Bank Of Baku

Azərbaycanda ünvanlı sosial yardımın verilməsi mexanizmi yenidən dəyişdiriləcək

Azərbaycanda ünvanlı sosial yardımın verilməsi mexanizmi yenidən dəyişdiriləcək
# 16 sentyabr 2008 07:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanda ünvanlı dövlət sosial yardım mexanizminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə «Ünvanlı dövlət sosial yardımı haqqında» qanuna əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, qanuna yeni təkliflər noyabrdan sonra hazırlanmağa başlanacaq. Təkliflər Dünya Bankının Azərbaycanda 7 min seçmə ev təsərrüfatında keçirdiyi sorğunun nəticələrinə əsaslanacaq.
Qeyd edək ki, «Ünvanlı dövlət sosial yardımı haqqında» qanuna edilmiş son dəyişikliklər bu ilin iyulun 1-dən qüvvəyə minib. Bu dəyişiklər əsasında yardımın təyin olunma müddəti 6 aydan 1 ilədək uzadılıb. Yardımın təyin olunmasına, məbləğin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə həmin ailənin sosial yardım alma hüququnun itirilmə müddəti 2 ildən 1 ilədək azaldılıb. Bundan başqa, Azərbaycanda daimi yaşayan əcnəbilərə də yardımın təyin edilməsinə başlanılıb.
Xatırladaq ki, Azərbaycan prezidentinin bu ilin iyunun 24-də verdiyi sərəncam əsasında iyulun 1-dən ehtiyac meyarının həddi 45 manatdan 55 manata çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR