Bank Of Baku

Naxçıvanın idarə və müəssisələri hesabına kartof əkini həyata keçiriləcək

Naxçıvanın idarə və müəssisələri hesabına kartof əkini həyata keçiriləcək
# 16 sentyabr 2008 21:30 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Bu il ilk dəfə olaraq Naxçıvanın Muxtar Respublikasının idarə və müəssisələri hesabına kartof əkini həyata keçiriləcək. APA-nın yerli bürosunun məlumatına görə, bu addımın atılması kartof əkini sahələrinin genişləndirilməsi və istehsalın artırılması məqsədi daşıyır. Artıq bununla bağlı regionun idarə və müəssisələri üzrə müvafiq torpaq sahələri ayrılıb. Təşkilatlar üzrə hər 5 nəfərə 1 hektar kartof əkini sahəsi düşür.
Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində hesab edirlər ki, həyata keçirilən tədbirlər bu il kartof istehsalının artmasına əhəmiyyətli dərəcədə təsir edəcək. Əkinlə əlaqədar müəssisə və təşkilatlara kreditlərin, gübrələrin, texniki avadanlıqların verilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR