Bank Of Baku

Naxçıvan Dövlət Universitetində Təhsil Qeydiyyat - İnformasiya Mərkəzi yaradılıb

Naxçıvan Dövlət Universitetində  Təhsil Qeydiyyat - İnformasiya Mərkəzi yaradılıb
# 16 sentyabr 2008 08:18 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu - APA Naxçıvan Dövlət Universitetində (NDU) Təhsil Qeydiyyat - İnformasiya Mərkəzi yaradılıb. Universitetin mətbuat xidmətinin rəhbəri Mehriban Sultanın APA-nın yerli bürosuna verdiyi məlumata görə, mərkəz tərəfindən təhsilin Boloniya sisteminə keçid üzrə mərkəzləşmiş şəkildə idarə olunması mümkün olacaq. NDU-da təhsil alan tələbələr haqqında bütün informasiyalar Təhsil Qeydiyyat - İnformasiya Mərkəzində cəmləşəcək. Məlumat bazasında Boloniya sistemi üzrə təhsil alan bütün tələbələrin dərsə davamiyyəti, imtahan nəticələri və bu kimi zəruri məlumatlar öz əksini tapacaq.
M. Sultan onu da bildirib ki, NDU Təhsil Qeydiyyat - İnformasiya Mərkəzinin fəaliyyət göstərdiyi ikinci ali təhsil ocağıdır. Bu tip İnformasiya Mərkəzi Azərbaycanda ilk dəfə olaraq Qafqaz Universitetində yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR