Bank Of Baku

Azərbaycanda əcnəbilər üçün fərdi iş icazəsinə görə dövlət rüsumu artırılacaq

Azərbaycanda əcnəbilər üçün fərdi iş icazəsinə görə dövlət rüsumu artırılacaq
# 16 sentyabr 2008 14:38 (UTC +04:00)
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, təkliflərdə hazırda 45 manat olan dövlət rüsumunun məbləğinin 1000 manatadək artırılması əks olunub. Rüsumun qaldırılmasında məqsəd Azərbaycanın əmək bazarına xaricdən lazımsız və qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olmaq istəyən işçi qüvvəsinin daxil olmasının qarşısını almaqdır.
Nazirlikdən bildirilib ki, ölkə prezidentinin bu ilin avqustun 5-də miqrasiya idarəetmə sisteminin inkişafı məqsədilə verdiyi sərəncam Azərbaycanın daxili əmək bazarına belə əcnəbilərin daxil olmasının qarşısını almağa kömək göstərəcək. Yaxın bir ay ərzində artıq ölkədə bu sərəncamın səmərəsinin hiss olunacağı gözlənilir. Nazirlikdən o da qeyd edilib ki, bununla əlaqədar təkliflərə bir qədər düzəlişin ediləcəyi və dövlət rüsumu ilə bağlı artımın bir qədər aşağı salınacağı gözlənilir. Rüsumun bu düzəlişlərdən sonra nə qədər artırılacağı isə Nazirlər Kabinetində keçirilən müzakirələrdən asılı olacaq.
Qeyd edək ki, ölkə prezidentinin yeni sərəncamına görə, müvafiq qurumlar daxili əmək bazarı və işçi qüvvəsinə tələbat nəzərə alınmaqla, əmək miqrasiyası kvotalarının müəyyən edilməsi qaydasını təsdiqləməlidir. Bununla yanaşı, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə immiqrant statusu verilən və vətəndaşlıq məsələlərinin həlli ilə bağlı səlahiyyətlərinin icrası zamanı miqrasiya sahəsində yeni qanunvericiliyin tələblərinə ciddi riayət edilməli, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində qanuni əsaslarla qalmalarına nəzarət gücləndirilməlidir.
Azərbaycanda əcnəbi vətəndaşlara əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi iş icazəsi 1 il müddətinə verilir və 4 dəfə artırıla bilər. Hazırda Azərbaycanda 4 minə yaxın əcnəbi əmək fəaliyyəti ilə qanuni məşğul olur və onların 73%-ı qeyri-neft sektorunda çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR