Bank Of Baku

Azərbaycanda Sosial Məcəllə hazırlanacaq

Azərbaycanda Sosial Məcəllə hazırlanacaq
# 16 sentyabr 2008 15:28 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu ilin sonunadək Azərbaycanda ilk dəfə Sosial Məcəlləsinin hazırlanmasına başlanacaq. «APA-Economics»in məlumatına görə, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov bildirib ki, artıq ölkədə bu məcəllənin hazırlanması zərurəti yaranıb.
İlin sonunadək həm də «Ünvanlı dövlət sosial yardım haqqında» qanuna dəyişiklik edilməsi üçün hökumətə təkliflər təqdim olunacaq. Nazirlik səlahiyyətlisinin sözlərinə görə, Dünya Bankının dəstəyi ilə ölkədə ünvanlı sosial yardımın icra mexanizminin qiymətləndirilməsi və yoxsulluğa təsirinin öyrənilməsi məqsədi ilə 7 min ev təsərrüfatında keçirilən sorğu yekunlaşır. Bununla yanaşı, Aztəminatlı Ailələrin Sosial Reabilitasiyası Proqramı layihəsinin sınaqdan keçirilməsi üçün seçilən 4 pilot rayonda da tədqiqatlar aparılır. Bu sorğunun və tədqiqatların nəticələri təhlil olunduqdan sonra «Ünvanlı dövlət sosial yardım haqqında» qanuna köklü dəyişikliklər ediləcək, onun mexanizmi təkmilləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR