Bank Of Baku

Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndələri ilə görüş keçirilib
# 16 sentyabr 2008 16:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (DTXK) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (ƏKTT) nümayəndələri ilə görüş keçirilib. Bu barədə «APA-Economics»ə DTXK-nın mətbuat xidmətindən məlumat verilib.
Görüşdə iştirak edən ƏKTT-ın torpaq və inkişaf məsələləri üzrə baş məsləhətçisi Riçard Eberlinq (Macarıstan), Orta Asiya şöbəsinin su və torpaq ehtiyatları üzrə aparıcı mütəxəssisi Cavanni Muraz və Qafqaz üzrə mütəxəssis Devid Eqiaşvili (Gürcüstan) təşkilatın dünyanın müxtəlif ölkələrində, o cümlədən postsovet məkanında həyata keçirdikləri layihələrdən, onların əhəmiyyətindən danışıblar. Hazırda Azərbaycanda qaçqın və köçkünlərin torpaqla təmin edilməsi məsələlərinə həsr edilmiş layihənin həyata keçirilməsi vəziyyəti ilə Komitə sədrini məlumatlandıran xarici mütəxəssislər, gələcəkdə DTXK ilə mühüm layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər. Qonaqlar hazırkı dövrdə torpaqlardan istifadənin səmərəliyini artırmaq məqsədi ilə torpaqdan istifadənin təmərgüzləşməsi məsələlərinin təşkilatın əsas prioritet işi olduğunu bu istiqamətdə müxtəlif ölkələrdə layihələr həyata keçirdiklərini bildirməklə belə bir layihənin Azərbaycanda da həyata keçirilməsinin vacibliyini qeyd ediblər.
Komitə sədri Qərib Məmmədov isə ƏKTT ilə daha mühüm layihələrin birlikdə işlənməsində maraqlı olduqlarını bildirib. Q.Məmmədov bundan başqa torpaqların konsolidasiyası istiqamətində Azərbaycanda indiyə kimi görülmüş işləri qonaqların nəzərinə çatdırmaqla bu sahədə də müştərək layihənin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR