Bank Of Baku

Azərbaycan və İordaniya arasında rabitə, təhsil və mədəniyyət sahələrində əlaqələr genişlənəcək

Azərbaycan və İordaniya arasında rabitə, təhsil və mədəniyyət sahələrində əlaqələr genişlənəcək
# 17 sentyabr 2008 09:29 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva – APA. Azərbaycan və İordaniya arasında bir sıra qarşılıqlı səfərlər planlaşdırılır. Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı APA-ya bildirib ki, noyabrda bu ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, dekabrın əvvəlində isə Mədəniyyət Nazirliyinin nümayəndə heyətləri Azərbaycana səfər edəcəklər. E. Araslı tərəflərin təhsil sahəsində əlaqələri fəallaşdırmaq istədiklərini də söyləyib. Belə ki, oktyabrda İordaniya Ali Təhsil Nazirliyinin nümayəndələri və bir sıra ali məktəblərin rektorları Bakıya gələcəklər. Misir Mərdanovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti isə İordaniyada səfərdə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR