Bank Of Baku

Azərbaycan Qadınlarının III Qurultayında 2000-ə yaxın nümayəndə iştirak edəcək

Azərbaycan Qadınlarının III Qurultayında 2000-ə yaxın nümayəndə iştirak edəcək
# 17 sentyabr 2008 09:57 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Sentyabrın 26-da Əl Oyunları Sarayında Azərbaycan Qadınlarının III qurultayı keçiriləcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurultayda 2000-ə yaxın nümayəndə iştirak edəcək. Azərbaycan qadınlarının toplantısına qatılmaq üçün Misir, Küveyt, Gürcüstan, Rusiya, Türkiyə, Litva, ABŞ, İordaniya və İsveçrədən 28 nümayəndə dəvət edilib. Qurultayda Misirin I xanımı Süzənnə Mübarək, Gürcüstan prezidenti Mixail Saakaşvilinin anası Qiuli Alasaniya, ABŞ-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri və digər qonaqların iştirakı gözlənilir. Toplantıda Azərbaycanda qadın hərəkatının bugünkü vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda fikir mübadiləsi aparılacaq, çıxışlar dinləniləcək. Bir gün davam edəcək qurultayın sonunda Azərbaycan prezidentinə və beynəlxalq təşkilatlara müraciət, yekun qətnamə qəbul olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR