Bank Of Baku

“Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda treninq keçirilib

“Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda treninq keçirilib
# 17 sentyabr 2008 10:27 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan Respublikası Prokurorluğunun Tədris Mərkəzində “Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə Strategiyasına Dəstək (AZPAC)” layihəsi çərçivəsində “Dövlət qulluqçularının xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzusunda treninq keçirilib. Treninq Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Avropa Şurası ilə birlikdə təşkil olunub. Bu barədə APA-ya Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Treninqi aparan Avropa Şurasının eksperti Hans Rieger xidməti fəaliyyətin qiymətləndirilməsi sistemi, onun məqsəd və əsasları, metod və prinsipləri, qiymətləndirmə meyarları kimi mühüm məsələlər barədə beynəlxalq təcrübədən danışıb. Təcrübənin Azərbaycanda tətbiqi imkanları ilə bağlı təlim iştirakçıları ilə fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR