Bank Of Baku

«Azərbaycanda əməyin təftişi üzrə strateji plan»ın təqdimatı keçirilib

«Azərbaycanda əməyin təftişi üzrə strateji plan»ın təqdimatı keçirilib
# 17 sentyabr 2008 11:06 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Bu gün Bakıda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi (DƏM) «Azərbaycanda əməyin təftişi üzrə strateji plan»ın təqdimatını keçirib.
«APA-Economics»in məlumatına görə, DƏM-in rəisi Nəbi Şükürlü bildirib ki, yeni layihə Niderland və Almaniya mütəxəssisləri tərəfindən hazırlanıb. N.Şükürlünün sözlərinə görə, Azərbaycanda əməyin təhlükəsizliyi istiqamətində xeyli iş görülsə də, əlavə tədbirlərin icrasına və bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsinə ehtiyac var.
Niderlandın TNO təşkilatının nümayəndəsi, beynəlxalq məsləhətçi Jan Mişel Meuse isə bildirib ki, beynəlxalq məsləhətçilər tərəfindən hazırlanan strateji planda təkcə DƏM deyil, ƏƏSMN-in digər strukturları da məsuliyyət daşıyır. Beynəlxalq məsləhətçi strateji planın ən yaxşı təcrübələrə əsaslanaraq hazırladıqlarını da söyləyib. Ş.Mişelin sözlərinə görə, strateji planda orta və uzunmüddətli islahatlar əksini tapıb. Bu islahatların tədricən həyata keçirilməsi nəzərdə tutulur. TNO-nun nümayəndəsi qeyd edib ki, Azərbaycan öz iqtisadiyyatını genişləndirmək niyyətindədir. Bir neçə ildən sonra Azərbaycanın neft sərvəti tükənə biləcəyi üçün iqtisadiyyatın digər sahələrinə investisiya qoymaq lazımdır. Ona görə də indidən digər sahələrin də inkişafı üçün tədbirlər görülməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR