Bank Of Baku

Ötən ay Azərbaycanda 287 nəfər qidadan zəhərlənib

Ötən ay Azərbaycanda 287 nəfər qidadan zəhərlənib
# 17 sentyabr 2008 12:10 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva –APA. Bu ilin avqust ayı ərzində əhali arasında məişətdə 118 qida zəhərlənməsi halı baş verib. Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, zəhərlənmə hadisəsindən 287 nəfər zərərçəkən olub.
Avqustda respublikanın sanitariya-epidemioloji xidmət orqanları orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1348, mikrobioloji göstəricilərinə görə 574, toksikoloji göstəricilərinə görə 502, radioloji göstəricilərinə görə 28 yeyinti məhsulları nümunələrini laborator müayinə ediblər. Nümunələrin 123-də orqanoleptik və fiziki-kimyəvi, 4-də mikrobioloji, 7-də toksikoloji göstəricilərə görə normalardan kənara çıxma müəyyən olunub. Şadlıq evləri və restoranlardan götürülmüş 3990 yaxma nümunəsinin 67-də mikrobioloji çirklənmə aşkar edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR