Bank Of Baku

Sentyabrın 18-i axşamdan Azərbaycan paytaxtda şimal küləyi güclənəcək

Sentyabrın 18-i axşamdan Azərbaycan paytaxtda şimal küləyi güclənəcək
# 17 sentyabr 2008 12:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Sentyabrın 18-dən 20-dək Azərbaycan ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, həmin müddətdə Bakı və Abşeron yarımadasında şimal küləyi üstünlük təşkil edəcək. Külək sentyabrın 19-da axşam, 20-də isə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-22, gündüz 25-28, 19-20-də isə 29-31 olacağı ehtimal olunur.

Sentyabrın 18-dən-20-dək Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Amma axşam və gecə saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Gecə 17-22, gündüz 29-34, dağlarda isə gecə 7-12, gündüz 17-22 dərəcə isti gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR