Bank Of Baku

Azərbaycanda istehlak səbətinin strukturunun dəyişdirilməsi ilə bağlı təkliflər hazırlanıb

Azərbaycanda istehlak səbətinin strukturunun dəyişdirilməsi ilə bağlı təkliflər hazırlanıb
# 17 sentyabr 2008 13:54 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanda istehlak səbətinin strukturuna yenidən baxılması məqsədilə müvafiq qurumların nümayəndələrindən ibarət yaradılan işçi qrupu artıq təkliflərini hazırlayıb. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının zəhmətkeşlərin əməyinin və sosial iqtisadi mənafelərinin müdafiəsi şöbəsinin müdiri Çingiz Tağıyev «APA-Economics»ə bildirib ki, yaxın vaxtlarda yeni təkliflər Nazirlər Kabinetinə təqdim ediləcək. Təkliflərdə istehlak səbətinin strukturuna daxil olan ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlərin çeşidinin genişləndirilməsi, adambaşına gündəlik istehlak səbətinin 2100-2200 KKal-dan 2450 KKal-dək artırılması məsələləri əksini tapıb. C.Tağıyev bildirib ki, dəyişiklərin daha çox ərzaq səbətində edilməsi təklif olunur.
Yeni təkliflər «Yaşayış minimumu haqqında» qanun əsasında hazırlanıb. Bu qanuna görə, Nazirlər Kabineti hər üç ildən bir istehlak səbətinin strukturunu yeniləşdirməlidir. Təkliflər bəyənilərsə, 2009-cu ildən qüvvəyə minəcək.
Qeyd edək ki, 2008-ci ilin iyul ayının 1-i vəziyyətinə, Azərbaycanda əmək qabiliyyətli insanlar üçün istehlak səbətinin dəyəri 143 manat, pensiyaçılar üçün 75 manat, uşaqlar (0-15 yaş) üçün 89 manat səviyyəsində müəyyənləşdirib. Orta hesabla adambaşına düşən istehlak səbətinin dəyəri 126 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR