Bank Of Baku

Milli Məclisin komissiya sədri: ““Təhsil haqqında” qanun bu il qəbul olunmalıdır”

Milli Məclisin komissiya sədri: ““Təhsil haqqında” qanun bu il qəbul olunmalıdır”
# 22 sentyabr 2008 09:25 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. ““Təhsil haqqında” qanun layihəsi ilə bağlı mübahisəli məsələlər öz həlini tapıb”. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Elm və təhsil komissiyasının sədri Şəmsəddin Hacıyev bildirib. Ş. Hacıyev deyib ki, qanun bu il ərzində qəbul olunmalıdır. Komissiya sədri layihənin artıq tam şəkildə beynəlxalq ekspertizadan keçirildiyini də bildirib. Ş. Hacıyev deyib ki, “Təhsil haqqında” qanun çərçivə sənəd olduğu üçün təhsillə bağlı bütün digər qanunlar ondan sonra qəbul ediləcək.
Komissiya sədri onu da bildirib ki, “Təhsil haqında” qanun layihəsində baş örtüyündən istifadəsi ilə bağlı məsələlər də gündəmdən çıxıb: “Artıq bu məsələyə aydınlıq gətirilib. Bu, təhsil müəssisələrinin öz işidir. Heç kimi hansısa geyim formasını seçməyə görə məcbur edə bilmərik”.
Ş. Hacıyevin sözlərinə görə, qanun layihəsində baş örtüyündən istifadəyə birbaşa icazə verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR