Bank Of Baku

QİÇS xəstəliyi Azərbaycanın 60 rayonunda qeydə alınıb

QİÇS xəstəliyi Azərbaycanın 60 rayonunda qeydə alınıb
# 23 sentyabr 2008 08:01 (UTC +04:00)
Bakı-İlhamə İsabalayeva-APA. Bu gün Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə həyata keçirdiyi “HİV/ AİDS-in əmək sferasına təsiri ilə mübarizədə işə götürənlər təşkilatının fəaliyyət imkanlarının genişləndirilməsi” layihəsinin yekunlarına həsr olunan “HİV/AİDS və iş dünyası” mövzusunda konfrans keçirilib. APA-nın xəbərinə görə, 2007-ci ilin əvvəlindən həyata keçirilməyə başlanan layihə yekunlaşıb. ASK sədri Ələkbər Məmmədov bildirib ki, işə götürənlərin HİV/AİDS-lə mübarizədə rolunu artırmaq məqsədi ilə keçirilən layihə Bakı, Sumqayıt şəhərləri, Xaçmaz, Qusar, İmişli, Bərdə, Şamaxı, İsmayıllı, Ağcabədi də Beyləqan rayonlarını əhatə edib. Layihə çərçivəsində HİV/AİDS-in iş yerlərində təsiri ilə bağlı araşdırma aparılıb, maarifləndirici tədbirlər keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdir müavini Eldar Məmmədov isə bildirib ki, Azərbaycanda əmək sahəsində bu xəstəliyə yoluxanların statistikası aparılmayıb. Amma xəstəlik Azərbaycanın 60 rayonunda qeydə alınıb. E. Məmmədov işə götürənlərə müraciət edərək bildirib ki, onlar bu virus daşıyıcılarının işlə təmin olunmasına laqeydlik göstərməsinlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR