Bank Of Baku

Naxçıvanda əhalinin ərzaq təminatı sahəsində dövlət siyasətinin əsas istiqamətləri açıqlanıb

Naxçıvanda əhalinin ərzaq təminatı  sahəsində dövlət siyasətinin  əsas istiqamətləri açıqlanıb
# 23 sentyabr 2008 08:09 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvanda əhalinin ərzaq təminatı sahəsində dövlət siyasətinin əsas istiqamətləri açıqlanıb. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, region əhalisinin ərzaqla etibarlı təminatı məqsədilə qarşıya konkret tələblər qoyulub. Nazirlikdən bildiriblər ki, istehsal tempinin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutan tələblər yenicə təsdiq olunmuş «2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»da da öz əksini tapıb. Proqramın müddəaları əsasında həyata keçiriləcək tədbirlər çərçivəsində 2015-ci il üçün dənli bitkilərin əkin sahələrini 380 min hektara, məhsuldarlığı hər hektardan 40 sentnerə, ümumi istehsalı 150 min tona çatdırmaq nəzərdə tutulur. Bundan əlavə ət istehsalını 25 min tona, süd və süd məhsullarının istehsalını 100 min tona, sənaye üsulu ilə illik quş əti istehsalını 3 min tona, yumurta istehsalını 70 milyon ədədə, kartof istehsalının həcminin 45 min tona, tərəvəz və bostan bitkilərinin istehsalını 120 min tona, meyvə istehsalını 45 min tona çatdırılması, şəkər çuğunduru əkin sahələrinin 3 min hektara, yem bitkilərinin əkin sahələrini 12 min hektara çatdırılması Dövlət Proqramının da əsas hədəfləri kimi müəyyənləşdirilib.
Qeyd edək ki, istehsal tempinin artımına nail olunması məqsədilə tədbirlərin icrası dövlət büdcəsindən, büdcədənkənar fondlardan, yerli büdcənin hesabına maliyyələşdiriləcək. Maliyyə xərclərinin çəkilməsində yerli və xarici özəl birbaşa investisiyalardan da istifadə edilməsi istisna olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR