Bank Of Baku

Naxçıvanda 3 ailədə «qızıl toy» qeyd olunub

Naxçıvanda 3 ailədə  «qızıl toy» qeyd olunub
# 23 sentyabr 2008 21:30 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA. Naxçıvan Muxtar Respublikasında 3 ailədə «qızıl toy» qeyd olunub. APA-nın yerli bürosunun məlumatına görə, Naxçıvan şəhərində yaşayan Aydın və Solmaz Məmmədovlar ailə qurmalarının 50-ci ildönümünü 5 övladı və 11 nəvəsi ilə birgə keçirib. Babək rayon Qahab kəndində yaşayan Fərzəliyevlər ailəsi isə «qızı toy»u 10 övladı, 27 nəvəsi və 4 nəticəsinin əhatəsində qeyd ediblər. Bəhlul və Zərqələm Fərzəliyevlər ailə həyatının uzunömürlü olmasına biri-birilərinə olan qarşılıqlı inamın səbəb olduğunu bildiriblər. Digər belə əlamətdar gün Şərur rayonunda qeyd olunub. Ailəsi ilə birlikdə ailə qurmalarının 50 illiyini keçirən Məhərrəm və Ruqiyyə Ağayevlər gənclərə tələsik yox, «yüz ölçüb, bir biçməklə» yeni ailənin təməlini qoymaqlarını nəsihət ediblər.
Hər üç «qızıl toy»un qeyd olunmasında Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və yerli icra strukturları rəhbərliyindən nümayəndələr də iştirak edib. Ailələrə qiymətli hədiyyələr təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR