Bank Of Baku

Naxçıvanda əlil vətəndaşlara pulsuz protez-ortopedik xidmət göstərilib

Naxçıvanda  əlil  vətəndaşlara pulsuz protez-ortopedik xidmət göstərilib
# 23 sentyabr 2008 12:21 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA. Naxçıvan Muxtar Respublikasının bölgələrində əlil vətəndaşların protez-ortopedik xidmətlərlə təmin olunması məqsədilə səyyar səfərlər təşkil olunub. Naxçıvan Protez Ortopedik Bərpa Mərkəzinin əməkdaşı Mübariz Rüstəmlinin APA-nın yerli bürosuna verdiyi məlumata görə, son bir ayda Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə müxtəlif bölgələrə təşkil olunan səyyar səfərlər zamanı 50-dən artıq vətəndaş müayinə edilib. 19 vətəndaşa aşağı və yuxarı ərafların hazırlanması üzrə protez və ortezlər hazırlanaraq müvafiq xidmətlər göstərilib. Məlumata görə, bütün növ xidmətlər pulsuz həyata keçirilib.
Qeyd edək ki, Naxçıvan Protez Ortopedik Bərpa Mərkəzi 2002-ci ildən fəaliyyətə başlayıb. Bu il 180-dən artıq əlil vətəndaşa müxtəlif protez-ortopedik xidmətlər göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR