Bank Of Baku

ABŞ Azərbaycanda alternativ enerji mənbələrinin istifadəsi ilə bağlı layihələri dəstəkləməyə hazırdır

ABŞ Azərbaycanda alternativ enerji mənbələrinin istifadəsi ilə bağlı layihələri dəstəkləməyə hazırdır
# 23 sentyabr 2008 16:18 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda ABŞ-ın Azərbaycandakı səfirliyinin regional ekologiya, elm, texnologiya və səhiyyə üzrə baş katibi Kamila D. Hillə görüş keçirilib. AMEA-dan APA-ya verilən məlumata görə, görüşdə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı görülən işlərdən danışılıb və Cənubi Koreya ilə imzalanmış Memoranduma əsasən Qobustanda külək parkının yaradılması məsələsi müzakirə olunub. Kamila D. Hil təmsil etdiyi dövlətin Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə dövlət proqramı çərçivəsində həyata keçirilən layihələri dəstəkləməyə hazır olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR