Bank Of Baku

Hidrometeorologiya İdarəsi Naxçıvan çaylarında daşqınların ola biləcəyi barədə əhaliyə xəbərdarlıq edib

Hidrometeorologiya İdarəsi  Naxçıvan çaylarında daşqınların ola biləcəyi barədə əhaliyə xəbərdarlıq edib
# 24 sentyabr 2008 07:19 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Sentyabrın 24-dən 30-dək Naxçıvan Muxtar Respublikası ərazisində hava qeyri-sabit keçəcək. APA-nın yerli bürosunun məlumatına görə, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya İdarəsi əhaliyə hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar bəzi dağ çaylarında daşqınların olacağı barədə xəbərdarlıq edib. İdarənin məlumatında yaxın bir həftə ərzində muxtar respublika ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, axşam və gecə saatlarında leysan xarakterli olacağı, çaylarda suyun səviyyəsinin artacağı qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR