Bank Of Baku

Akademik Azad Mirzəcanzadənin 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək

Akademik Azad Mirzəcanzadənin 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək
# 25 sentyabr 2008 13:00 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Oktyabrın 7-i Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) akademik Azad Mirzəcanzadənin anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçiriləcək. ARDNŞ-dən APA-ya verilən məlumata görə, tədbir neft sənayesinin inkişafında mühüm xidmətləri olan alimin Fəxri Xiyabandakı məzarının ziyarət olunması ilə başlanacaq. Şirkətin rəhbərliyi, alimlər və Azad Mirzəcanzadənin tələbələrinin iştirak edəcəyi tədbirdə onun elmi fəaliyyətindən söhbət açılacaq. Qeyd edək ki, 100-dən çox monoqrafiyanın, 400-dən artıq elmi əsərin, 50-dən çox ixtira və patentin müəllifi olan Azd Mirzəcanzadə 2006-cı ildə vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR