Bank Of Baku

Gəncə və Dərbənd şəhərləri arasında dostluq və əməkdaşlıq protokolu imzalanıb

Gəncə və Dərbənd şəhərləri arasında dostluq və əməkdaşlıq protokolu imzalanıb
# 25 sentyabr 2008 13:00 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncə və Dərbənd şəhərləri arasında dostluq və əməkdaşlıq protokolu imzalanıb. APA-nın Qərb bürosunun məlumatına görə, protokolu Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Dərbənd şəhərinin meri Feliks Kaziaxmedov imzalayıblar. Mərasimdən sonra APA-nın Qərb bürosuna açıqlama verən Feliks Kaziaxmedov Dərbənd və Gəncənin Qafqaz regionunda ən köklü şəhərlər olduğunu bildirib. İmzalanan protokola əsasən, gələcəkdə hər iki şəhər iqtisadi və mədəni sahədə əməkdaşlıq edəcəklər. Yaxın zamanlarda Dərbənddə və Gəncədə qarşılıqlı şəhərin günlərinin keçirilməsi planlaşdırılır. Qeyd edək ki, Dağıstanda 120 mindən çox azərbaycanlı yaşayır ki, onların da 30 min nəfəri Dərbənddə məskunlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR