Bank Of Baku

Azərbaycanla Çexiya arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb

Azərbaycanla Çexiya arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb
# 25 sentyabr 2008 13:49 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Çexiya Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. APA-nın məlumatına görə, sənədi Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov və Çexiyanın ətraf mühit nazirinin müavini Yan Dusik imzalayıb.
İmzalanma mərasimində çıxış edən H.Bağırov bildirib ki, Y.Dusikin Azərbaycana səfərində məqsədi məhz bu memorandumun imzalanması olub. Memorandumda ətraf mühitin mühafizəsi üzrə gələcək əməkdaşlıq məsələləri öz əksini tapıb. Nazirin sözlərinə görə, Azərbaycan və Çexiya bu sənəd əsasında fizioloji resursların qorunub saxlanılması, tullantıların idarə olunması, iqlim dəyişkənliyi, içməli suyun keyfiyyətinin artırılması sahəsində əməkdaşlıq edəcəklər. H.Bağırov deyib ki, Azərbaycanda içməli su imkanları məhdud olan yaşayış məntəqələrində modul tipli su təmizləyici qurğular quraşdırılır. Bu prosesə Çexiya şirkətlərinin cəlb edilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR