Bank Of Baku

Ağdaşda əmək yarmarkası keçirilib

Ağdaşda əmək yarmarkası keçirilib
# 25 sentyabr 2008 13:53 (UTC +04:00)
Ağdaş. Şahnəzər Bəşirov-APA. Bu gün Ağdaş rayonunda əmək yarmarkası keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, əmək yarmarkasına 26 idarə və təşkilatdan 183 boş iş yeri çıxarılıb. 15 dövlət, 8 özəl, 1 xarici şirkət tərəfindən təqdim olunan boş iş yerləri 86 qulluqçu, 74 fəhlə, 23 xidməti vəzifələr üzrə olub. Yarmarkada 450 iş axtaran vətəndaş iştirak edib. Onlardan 87 nəfər iş yerlərinə göndəriş vərəqələri alıb. 30 nəfər haqqı ödənən ictimai işlərə, 15 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub. Məlumata görə, son beş ildə Ağdaş rayonunda 11 mindən çox vətəndaşın məşğulluğu təmin olunub. Açılan 3360 iş yeri daimidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR