Bank Of Baku

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 8 Regional Mərkəzinin yaradılması nəzərdə tutulub

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 8 Regional Mərkəzinin yaradılması nəzərdə tutulub
# 27 sentyabr 2008 14:34 (UTC +04:00)
Bu barədə FHN-nin Şimal-Qərb Regional Mərkəzinin bu gün keçirilən açılışında iştirak edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib. APA-nın yerli bürosunun məlumatına görə, nazir artıq 5 mərkəzin tam hazır olduğunu bildirib.

K. Heydərov deyib ki, FHN-in regional mərkəzləri təkcə fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə kifayətlənməyəcək, həm də nazirliyin səlahiyyətlərinə daxil olan digər funksiyaları da həyata keçirəcək.

Nazir bildirib ki, regional mərkəzlərdə nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Agentliyi, Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İşinin Təşkili Baş İdarəsi və Fövqəladə Halların Xəbərdarlıq Edilməsi Baş İdarəsinin də bölmələri fəaliyyət göstərəcək. Bu mərkəzlər vətəndaşların FHN-lə bağlı problemlərini yerindəcə həll etmək məqsədi ilə yaradılıb.

K. Heydərov qeyd edib ki, tikinti-yenidənqurma işləri, dağ-mədən, sənaye müəssisələri, daş karxanalarının lisenziyalaşdırılması, sertifikatlara baxış keçirilməsi, obyektlərə qiymət verilməsi, təhlükəli vəziyyətdə olan binaların müəyyən edilməsi, regionda baş verəcək fövqəladə hadisələr, təbii fəlakətlər, texnogen hadisələr regional mərkəzlər tərəfindən öyrəniləcək və bununla bağlı rəy bildiriləcək.

Nazir onu da bildirib ki, nazirlikdən bu mərkəzlərə monitorlar vasitəsilə fövqəladə hadisə barədə məlumat, videokonfrans vasitəsi ilə görüntü ötürmək mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR