Bank Of Baku

Azərbaycan Gənclərinin V Forumunda 1600-dən artıq nümayəndə iştirak edəcək

Azərbaycan Gənclərinin V Forumunda 1600-dən artıq nümayəndə iştirak edəcək
# 27 sentyabr 2008 15:05 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. “Azərbaycan Gənclərinin V Forumu oktyabrın 3-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək. Foruma ölkənin bütün rayon, şəhər, qəsəbələrindən və fəaliyyət göstərən gənclər təşkilatlarından təxminən 1600-dən artıq nümayəndə seçilib”. Bu açıqlamanı APA-ya gənclər və idman nazirinin müavini İntiqam Babayev verib. O, forumda müasir gəncliyi maraqlandıran məqamların müzakirə obyektinə çevriləcəyini bildirib: “İlk forumlarda daha çox problemlər ortaya qoyulsa da, sonrakı forumlarda uğurlar haqqında danışılır. Gənclərin bu toplantılarından sonra bir neçə önəmli dövlət proqramları qəbul edilib, gənclərin yaradıcılığının inkişafı üçün müxtəlif mükafatlar təsis edilib. Bu gün gənclərin beynəlxalq mübadiləsi genişlənir, bir sıra beynəlxalq layihələr keçirilir. Çıxışlarda gənclərin yaradıcılığı, istedadlarının aşkar olunması, təhsil sahəsində əldə edilən nailiyyətlərlə bağlı fikirlər əks olunacaq”.
Forumda növbəti illər üçün yeni vəzifələrin irəli sürüləcəyini bildirən İ. Babayev toplantı iştirakçılarının yekun qətnamə qəbul edəcəyini söyləyib.
Qeyd edək ki, hər üç ildən bir təşkil olunan Azərbaycan Gənclərinin ilk forumu 1996-cı il fevralın 2-də keçirilib. Bu tarixə əsasən Azərbaycanda 2 fevral Gənclər Günü elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR