Bank Of Baku

Sandra Rulofs: “Azərbaycan və Gürcüstanın bir çox sahədə ortaq problemləri var”

Sandra Rulofs: “Azərbaycan və Gürcüstanın bir çox sahədə ortaq problemləri var”
# 27 sentyabr 2008 15:35 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva – APA. Gürcüstan prezidentinin xanımı, BMT-nin Şərqi Avropada vərəmlə mübarizə üzrə elçisi Sandra Rulofs Azərbaycan, Qazaxıstan və Qırğızıstana 5 günlük səfəri çərçivəsində Bakıya gəlib. APA-nın məlumatına görə, qonaq Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və səhiyyə naziri Oqtay Şirəliyevlə görüşüb, Vərəm Mərkəzində olub. Mətbuat konfransı keçirən S. Rulofs səfəri başa çatdıqdan sonra Cenevrəyə gedərək məruzə nəticələrlə bağlı məruzə edəcəyini deyib. O, Azərbaycanda vərəmlə mübarizədə irəliləyişlər olduğunu söyləyib. S. Rulofs Azərbaycan və Gürcüstanın qardaş ölkələr olduğunu da vurğulayıb: “Biz bir çox sahədə bir-birimizdən asılıyıq və ortaq problemlərimiz var”. Siyasi hadisələrə də toxunan qonaq hazırda Gürcüstanda avqust hadisələri ilə bağlı bir çox monitorinq qrupunun çalışdığını, Hillari Klintonun da analoji qrup yaratmağı planlaşdırdığını açıqlayıb. S. Rulofs həyat yoldaşının prezident kimi Rusiya tərəfindən tanınmadığı barədə sualı belə cavablandırıb: “Həyat yoldaşım azad, demokratik və çiçəklənən Gürcüstan istədiyi üçün Rusiya onu qəbul etmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR