Bank Of Baku

Londonda azərbaycanlı tələbələrin forumu keçiriləcək

Londonda azərbaycanlı tələbələrin forumu keçiriləcək
# 27 sentyabr 2008 15:43 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Noyabrın 11-14-də Londonda Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrin forumu keçiriləcək. Foruma bu və ya digər ölkələrdən, o cümlədən Azərbaycandan olan nümayəndələr qatılacaq. Bu barədə APA-ya açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev məlumat verib. O, il ərzində Avropanın müxtəlif ölkələrində azərbaycanlı tələbələrinin forumlarının keçirildiyini bildirib: “Bu gün dünyanın müxtəlif ölkələrdə azərbaycanlı tələbələr təhsil alır. Avropada təhsil alan gənclərimizin təşkilatçılığı ilə artıq Azərbaycanlı Tələbələrin Forumu təsis edilib və Belçikada rəsmi qeydiyyatdan keçib. Qurumun mərkəzi təşkilatı Brüssel şəhərində yerləşir. Ənənəvi olaraq, hər ilin mayında Avropada təhsil alan Azərbaycanlı Tələbələrin Baş Assambleyası keçirilir və il ərzində müxtəlif ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə forumlar təşkil olunur”. İ. Babayev tələbələri bir araya gətirən bu təşkilatın fəaliyyətinin Azərbaycan prezidentinin fərmanı ilə artıq dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşməyə başladığını deyib: “Forumların məqsədi xaricdə təhsil alan gəncləri bir araya gətirmək, onlar arasında bir şəbəkə qurmaq, bu şəbəkəni həm onların öz problemlərinin həllinə, həm də ölkəmiz, dövlətimizlə əlaqələrinin qurulmasına, onların vasitəsilə milli mənafeyimizin qorunması və Azərbaycan naminə təbliğatın aparılmasına yönəltməkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR