Bank Of Baku

Gəncədə yeni doğulan uşaqlara elektron kartların paylanmasına başlanılıb

Gəncədə yeni doğulan uşaqlara elektron kartların paylanmasına başlanılıb
# 29 sentyabr 2008 14:35 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Səhiyyə Nazirliyinin «Elektron Azərbaycan» layihəsi çərçivəsində Gəncədə yeni doğulan uşaqlara doğum şəhadətnaməsi ilə birgə sağlamlıq kartının verilməsinə başlanılıb. Gəncə şəhər Səhiyyə İdarəsinin baş pediatrı Yeganə Həsənovanın APA-nın qərb bürosuna verdiyi məlumata görə, elektron kartlarda körpənin dünyaya göz açdığı gündən keçirdiyi xəstəliklər, edilən peyvəndlər, müalicələr, müxtəlif preparatlara qarşı olan həssaslığı və başqa digər informasiyalar qeyd olunacaq: “Elektron kart iki hissəyə bölünəcək. Birinci hissədə olan informasiyaları bütün həkimlər oxuya biləcəklər. Kartın xüsusi kodla şifrlənmiş hissəsində isə yalnız ixtisasca və sahəcə aidiyyəti olan həkimlərin xəstəliklər barədə (məsələn SPİD və s.) oxuması mümkün olan məlumatlar yerləşdiriləcək”.

Qeyd edək ki, ilkin mərhələdə sağlamlıq elektron kartlar 2007-2008-ci illərdə dünyaya göz açan körpələrə verilir. Gələcəkdə isə hissə-hissə bütün uşaqların bu kartlarla təmin olunması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR