Bank Of Baku

Ramazan bayramı münasibətilə 103 yaşlı Şəki sakininə avtomobil hədiyə olunub

Ramazan bayramı münasibətilə 103 yaşlı Şəki sakininə avtomobil hədiyə olunub
# 30 sentyabr 2008 16:24 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Ramazan bayramı münasibətilə 103 yaşlı Şəki şəhər sakininə “OKA” markalı avtomobil hədiyə olunub. Şəki Rayon İcra Hakimiyyətindən (RİH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Böyük Vətən müharibəsi veteranı, I qrup əlil, Şəki şəhər sakini, 1903-cü il təvəllüdlü Manaf Məmmədova bayram münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “OKA” avtomobili verilib. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Qasımov, Şəki RİH Aparatının nümayəndələri, müvafiq idarə və təşkilat təmsilçiləri iştirak ediblər. Tədbirdə 103 yaşlı Şəki sakininə RİH adından televizor və soyuducu da hədiyyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR