Bank Of Baku

Azərbaycanın təhsil naziri Misir Mərdanov: «Bəzi təhsil müəssisələri paytaxtın mərkəzindən kənara köçürülməlidir»

Azərbaycanın təhsil naziri Misir Mərdanov: «Bəzi təhsil müəssisələri paytaxtın mərkəzindən kənara köçürülməlidir»
# 02 oktyabr 2008 09:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda təhsilin səviyyəsi yüksələndən sonra bu sahədə biznesin yaranması mümkündür. «APA-Economics»in məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov bildirib.
M.Mərdanovun sözlərinə görə, buna qədər təhsilin səviyyəsi yüksəlməli və keyfiyyəti yaxşılaşmalıdır: «Bu gün bütün təhsil müəssisələrinin yataqxanalarında məcburi köçkünlər məskunlaşıb. Bu da təhsilin keyfiyyətinin yüksəlməsinə, xaricdən tələbə qəbuluna maneçilik yaradır».
Təhsil naziri hesab edir ki, təhsil şəraitini yaxşılaşdırmaq üçün Bakının kənarında təhsil şəhərciyi yaradılmalı, həmçinin bir sıra təhsil müəssisələri paytaxtın mərkəzindən kənara köçürülməlidir.
M.Mərdanov onu da əlavə edib ki, hazırda Azərbaycanda 6500 əcnəbi tələbə təhsil alır ki, bunun da əksəriyyəti Türkiyədən olan tələbələrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR