Bank Of Baku

Azərbaycan paytaxtında «Sosial sığorta sahəsində İKT» mövzusunda beynəlxalq seminar keçirilir

Azərbaycan paytaxtında «Sosial sığorta sahəsində İKT» mövzusunda beynəlxalq seminar keçirilir
# 02 oktyabr 2008 09:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu gün Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) və Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) birgə təşkilatçılığı ilə «Sosial sığorta sahəsində informasiya və kommunikasiya texnologiyaları» mövzusunda beynəlxalq texniki seminar işə başlayıb.
«APA-Economics»in məlumatına görə, tədbirin açılışında çıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, seminarda BSTA-nın üzvü olan 17 ölkənin nümayəndələri iştirak edir. İki günlük seminarda informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə sosial sığorta və pensiya təminatı təşkilatlarında tətbiq edilmiş müvafiq təcrübə bölüşəcək, İKT-nin təşkilatın idarə edilməsi strategiyasına təsiri və s. məsələlər müzakirə olunacaq.
S.Müslümovun sözlərinə görə, BSTA Şurası 2008-2010-cu illəri əhatə edən dövr üçün İKT-nin strateji idarəetmənin aləti kimi öyrənilməsi təklifini irəli sürüb. Bu tədbirin Azərbaycanda təsadüfi həyata keçirilmədiyini deyən DSMF sədri vurğulayıb ki, artıq respublikanın pensiya təminatı mexanizmi modernləşdirilir.
BSTA-nın nümayəndəsi Yannik Dhyen isə Azərbaycanda pensiya islahatlarının aparılmasından məlumatlı olduğunu deyib. Təşkilat təmsilçisinin sözlərinə görə, artıq ölkədə pensiya sisteminin avtomatlaşdırılması səviyyəsi 88%-ə çatıb. Y.Dheyn hesab edir ki, İKT-nin tətbiqi sosial təhlükəsizlik sahəsində çalışanların əsas problemidir. Bunun həll edilməsi üçün isə sosial təhlükəsizlik işçilərinin İKT mütəxəssisləri ilə daha sıx əlaqəsi qurulmalıdır. Y.Dheyn bu seminarın müxtəlif ölkələr arasında təcrübə mübadiləsinin aparılmasına kömək edəcəyini də vurğulayıb.
Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə qeyd edib ki, Azərbaycanın İKT siyasəti bir çox ölkələr üçün nümunə rolunu oynaya bilər. Nazir müavininin sözlərinə görə, bu siyasət 2003-cü ildə təsdiqlənən İKT üzrə Milli Strategiya əsasında müəyyənləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR