Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondu İT üzrə işçi qəbulu üçün müsabiqə elan edib

Dövlət Sosial Müdafiə Fondu İT üzrə işçi qəbulu üçün müsabiqə elan edib
# 02 oktyabr 2008 11:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) informasiya texnologiyaları üzrə işçi qəbulu üçün müsabiqə elan edib.
«APA-Economics»in məlumatına görə, DSMF sədri Səlim Müslümov bildirib ki, bu müsabiqə hazırda sosial müdafiə mərkəzlərində informasiya texnologiyaları üzrə kadr probleminin həllinə yönəlib: «Bu gün biz maddi-texniki baza, rayonlarda lokal şəbəkələr, avtomatlaşdırılmış idarə sistemi yaratmışıq. Amma orada işləyən şəxslər bu sistemi idarə edə bilirmi? Burada böyük problem ortaya çıxır».
S.Müslümov qeyd edib ki, bu problemin həlli üçün BMT-nin İnkişaf Proqramı və Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində informasiya texnologiyaları üzrə 14 mütəxəssis işə qəbul ediləcək. Artıq müraciət edən 70-ə yaxın şəxs arasında seçim prosesinə başlanılıb. Seçilənlərin 4 nəfəri DSMF-nin Mərkəzi Aparatında çalışacaq, qalan 10 nəfər isə 10 region üzrə təhkim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR