Bank Of Baku

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi: «Ermənilər işğal olunmuş ərazilərimizdə əkdikləri narkotik vasitələri xaricə satır»

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi: «Ermənilər işğal olunmuş ərazilərimizdə əkdikləri narkotik vasitələri xaricə satır»
# 02 oktyabr 2008 11:38 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz»in işğal altında olan Xocavənd rayonunda ermənilərin ətraf mühit vurduğu ziyanla bağlı bır sıra faktlar əldə edib.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, ermənilər əsasən rayon ərazisində əkilib-becərilən narkotik vasitələri müxtəlif ölkələrə satır. Ərazilər mütəmadi yandırılır və bununla da fauna və flora tamamən məhv edilir. İstilik materialına yararlı ağaclar qırılaraq Ermənistana aparılır və digər ölkələrə satılır: «Ermənilər həmin ərazilərdə Azərbaycanın təbii sərvətlərini ziyan vurmaqda, dünya əhəmiyyətli təbiət və tarixi abidələri məhv etməkdə davam edirlər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR