Bank Of Baku

Tədqiqatçılar ingilis dilində ən çətin oxunan sözləri müəyyənləşdirib

Tədqiqatçılar ingilis dilində ən çətin oxunan sözləri müəyyənləşdirib
# 02 oktyabr 2008 13:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Böyük Britaniyada bir qrup tədqiqatçı ingilis dilində ən çətin oxunan sözləri aşkar etmək üçün sorğu keçirib.
«APA-Economics»in məlumatına görə, 20 çətin oxunan sözlərdən ibarət olan siyahıya «phenomenon» (fenomen) sözü başçılıq edir. Sorğuda 3 min britaniyalı iştirak edib və məlum olub ki, britaniyalılar üçün «m» və «n», «t» və «s» hərflərinin yaxın olduğu sözlər, həmçinin «th» hərf birləşməsi olan sözlər çətin oxunur:
1. Phenomenon – fenomen;
2. Anaesthetist – anestezioloq;
3. Remuneration – mükafat;
4. Statistics – statistika;
5. Ethnicity – etnik mənsubiyyət;
6. Philosophical – fəlsəfi;
7. Provocatively – təxribat xarakterli;
8. Anonymous – anonim;
9. Thesaurus – xəzinə;
10. Aluminium – alüminium;
11. Regularly – mütəmadi;
12. February – fevral;
13. Particularly – xüsusilə;
14. Hereditary – irsi;
15. Prioritising – prioritetin müəyyənləşdirilməsi;
16. Pronunciation – tələffüz;
17. Prejudice – yanlış fikir;
18. Facilitate – asanlaşdırmaq;
19. Hospitable – qonaqpərvər;
20. Onomatopoeia – səsin bənzədilməsi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR