Bank Of Baku

Azərbaycan ərazisində havanın temperaturu yenidən yüksəlməyə başlayır

Azərbaycan ərazisində havanın temperaturu yenidən yüksəlməyə başlayır
# 02 oktyabr 2008 14:05 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru İmran Məmmədov APA-ya bildirib ki, Bakı və Abşeron yarımadasında havanın maksimal temperaturu 20-23 dərəcə olacaq. Sabah respublika ərazisində gecə və axşam saatlarında bəzi yerlərdə qısa müddətli yağış yağacaq, duman olacaq, zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 18-22 dərəcə isti olacaq.

Yaxın üç gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti olacaq. Həmin müddətdə biometeoroloji amillərin zəif tərəddüdləri gözlənilir. Meteoroloji şərait meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR