Bank Of Baku

Goranboyda şəhid ailələri, müharibə əlilləri və iştirakçıları üçün inşa olunan bina istifadəyə verilib

Goranboyda şəhid ailələri, müharibə əlilləri və iştirakçıları üçün inşa olunan bina istifadəyə verilib
# 02 oktyabr 2008 15:54 (UTC +04:00)
Goranboy. Teymur Zahidoğlu-APA. Goranboyda şəhid ailələri, müharibə əlilləri və iştirakçıları üçün inşa olunmuş ikimərtəbəli yaşayış binası istifadəyə verilib. APA-nın yerli bürosunun məlumatına görə, 14-ü iki, 2-si üç otaqdan ibarət olan 16 mənzili binanın yaşayış sahəsi 642,14 kvadrat metrdir. Açılışda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov jurnalistlərlə söhbətində bildirib ki, bu il ərzində əlillər və şəhid ailələri üçün tikilmiş 108 mənzil artıq istifadəyə verilib. Nazir deyib ki, ilin sonunadək əlavə 388 mənzil də sahiblərinin ixtiyarına veriləcək.
Bu gün həmçinin Goranboyda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 39 nəfər Qarabağ müharibəsi əlilinə «OKA» markalı minik avtomobili verilib. Avtomobilləri nazir Füzuli Ələkbərov, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Elşən Abbasov və Goranboydan seçilən millət vəkili Gültəkin Hacıyeva öz sahiblərinə təqdim ediblər. Müharibədə fiziki sağlamlığını itirmiş və hərəkət etmək üçün dəstəyə ehtiyac duyan 85 nəfərə əlil arabası, 12 nəfərə isə eşitmə cihazları verilib.
Qeyd olunub ki, 1941-1945-ci illər müharibəsi və Qarabağ müharibəsində əlillik dərəcəsi qazanmış vətəndaşlara verilmək üçün oktyabrın 1-dək Azərbaycana 90 avtomobil gətirilib. İlin sonunadək daha 110 minik avtomobilinin növbəyə duran əlillərə verilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR