Bank Of Baku

Nazir: “Əlillərin peşə reabilitasiyası layihəsinin icrasına start veriləcək”

Nazir: “Əlillərin peşə reabilitasiyası layihəsinin icrasına start veriləcək”
# 02 oktyabr 2008 16:02 (UTC +04:00)
Ağcabədi. Teymur Zahidoğlu-APA. «Tikilmiş və inşası davam edən əlillərin reabilitasiya mərkəzləri istifadəyə verildikdən sonra biz həm yeni mərkəzlərin tikilməsini, həm də əlillərin peşə reabilitasiyalarını reallaşdırmağı nəzərdə tuturuq». Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, nazir bu sözləri Ağcabədi rayonunda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və müharibə iştirakçıları üçün inşa olunmuş ikimərtəbəli yaşayış binasının açılışında deyib. Yaxın günlərdə belə bir mərkəzin Yevlaxda istifadəyə veriləcəyini bildirən nazir deyib ki, respublikanın bütün bölgələrində əlillər üçün reabilitasiya mərkəzləri istifadəyə veriləndən sonra əlillərin peşə reabilitasiyası layihəsinin icrasına start veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR