Bank Of Baku

Daşkənddə NATO-nun “Virtual İpək Yolu” layihəsi ilə bağlı müzakirələr aparılıb

Daşkənddə NATO-nun “Virtual İpək Yolu” layihəsi ilə bağlı müzakirələr aparılıb
# 02 oktyabr 2008 16:28 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Özbəkistanın paytaxtı Daşkənd şəhərində NATO-nun “Virtual İpək Yolu” layihəsinin həyata keçirilməsi ilə bağlı toplantı keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev APA-ya bildirib ki, Özbəkistan Milli Elmlər Akademiyası və NATO-nin elmi komitəsinin təşkil etdiyi iki günlük toplantıda Azərbaycan alimləri də iştirak edib. R. Əliquliyev 2003-cü il mayın 15-də NATO-nun elm komitəsi tərəfindən irəli sürülən “Virtual İpək Yolu” layihəsində Azərbaycan, Gürcüstan, Ermənistan və Orta Asiya ölkələrinin iştirak etdiyini söyləyib. Layihənin əsas məqsədi bu dövlətlərin elmi-tədqiqat və ali məktəblərinin xüsusi ayrılmış peyk qəbuledici-ötürücü stansiyası vasitəsilə beynəlxalq internet şəbəkəsinə çıxışını təmin etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR