Bank Of Baku

Azərbaycan Gənclərinin V Forumu keçirilib

Azərbaycan Gənclərinin V Forumu keçirilib
# 03 oktyabr 2008 10:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Azərbaycan Gənclərinin V Forumu keçirilib. APA-nın məlumatına görə, Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin iştirakçılara müraciətini oxuyub. Gənclər və idman naziri Azad Rəhimov hesabat xarakterli çıxışında bildirib ki, IV forumdan sonrakı 3 il ərzində gənclərin maddi, sosial vəziyyətinin yaxşılaşdırılması, təhsilin və idmanın inkişafı istiqamətində əhəmiyyətli dövlət tədbirləri həyata keçirilib. Belə ki, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması ilə bağlı 2007-2015-ci illəri əhatə edən dövlət proqramı təsdiq olunub, tələbələrin təqaüdləri artırılıb, ölkə başçısının fərmanı ilə 50 yaradıcı gənc üçün ayda 200 manat olmaqla bir il müddətinə xüsusi təqaüd ayrılıb. A. Rəhimov deyib ki, son üç ildə 101 gənclər təşkilatı dövlət qeydiyyatına alınıb, ümumilikdə isə ölkədə dövlət qeydiyyatına alınan 170-dən artıq gənclər təşkilatı mövcuddur.

Sonda forumun 12 maddədən qətnaməsi qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR